Bank Of Baku

Azərbaycan FAO-nun iclasında iştirak edir

Azərbaycan FAO-nun iclasında iştirak edir
# 07 oktyabr 2013 15:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romada (İtaliya) keçirilən tədbirində iştirak edir. Təşkilata üzv olan 193 ölkənin kənd təsərrüfatı nazirlərinin qatıldığı tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev təmsil edir.

 

FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirovanın «APA-Economics»ə verdiyi məlumata görə, beynəlxalq tədbirin ən əsas mövzusu ərzaq məhsullarının qiymətlərinə həsr olunub.

 

Tədbir çərçivəsində həmçinin beynəlxalq təşkilata üzv olan ölkələrin kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq, bu sahədə mövcud olan problemlərin müzakirə olunması, yeni təkliflərin irəli sürülməsi nəzərdə tutulub. Bir gün davam edəcək tədbirin sonunda yekun bəyanat qəbul olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR