Qohumunu güllə ilə vuran şəxsə 10 il həbs cəzası verilib

Qohumunu güllə ilə vuran şəxsə 10 il həbs cəzası verilib
# 16 noyabr 2016 09:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Fəsədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR