Ağdaş sakinini elektrik cərəyanı vuraraq öldürüb

Ağdaş sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 16 sentyabr 2017 08:34 (UTC +04:00)

Ağdaş sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 16-da gecə saat 05:00 radələrində Ağdaş şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlu işlədiyi sexdə köhnə elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR