AMEA-da Nəsimiyə həsr olunmuş 36 kitab çap edilib

AMEA-da Nəsimiyə həsr olunmuş 36 kitab çap edilib
# 13 yanvar 2020 11:45 (UTC +04:00)

"Nəsimi ili çərçivəsində ötən il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 13 monoqrafiya, 15 ciddi elmi əsər çap olunub".

APA-nın məlumatına görə, bunu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun keçirdiyi “Nəsimi ili”nin yekunlarına həsr olunmuş elmi sessiyada çıxışı zamanı AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, "Nəsimi ili"ndə Akademiyada ümumilikdə 36 kitab çap olunub: “Bunlar hamısı orijinal, fərqli əsərlərdir. Bu əsərləri dünya dillərinə çevirib yaymaq, Azərbaycan elminin səviyyəsini göstərməyə xidmət edə bilər. Mən Nəsimiyə həsr olunmuş əsərlər yazan alimlərimizin hər birinə təşəkkürümü bildirirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR