Bank Of Baku

Gəncədə döyülən şəxs xəstəxanada ölüb

Gəncədə döyülən şəxs xəstəxanada ölüb
# 30 avqust 2021 09:51 (UTC +04:00)

Gəncədə döyülən şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, avqustun 27-də 1983-cü il  təvəllüdlü Gəncə şəhər sakini Sahib Abdullayev komotoz vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, avqustun 29-da xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs  avqustun 27-də  Gəncə şəhərində  1998-ci iı  təvəllüdlü  Samux rayon sakini Elmar Əsgərovla əlbəyaxa dalaşıb, sonuncu onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komotoz vəziyyətə düşüb.

Faktla bağlı Gəncə  şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR