Vasif Talıbov Naxçıvanda sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqda fərman imzalayıb

Vasif Talıbov Naxçıvanda sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqda fərman imzalayıb
# 07 yanvar 2020 16:45 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

APA-ın məlumatına görə, fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin:

- Dövlət Məşğulluq Xidməti;

- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxs statuslu Agentliyə çevrilsin.

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilsin.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu fərmanla yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR