ABŞ-da radikal şəxs küçədə 3 nəfəri qətlə yetirib

ABŞ-da radikal şəxs küçədə 3 nəfəri qətlə yetirib
# 18 aprel 2017 23:46 (UTC +04:00)

Kaliforniyanın Fresno şəhərində üç nəfər küçədə güllələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dini şüar səsləndirən şəxs insanlara atəş açıb.

Güllələr dörd nəfərə dəyib. Onlardan üçünün öldüyü bildirilir. Ölənlərin hamısının ağdərili olduğu qeyd olunur.

Qatil saxlanılıb, onun kimliyi də açıqlanıb. Kori Əli Məhəmməd adlı qaradərili şəxs ətrafında araşdırmalara başlanıb. Polisin ilkin versiyasına əsasən, cinayət irqi nifrət zəminində törədilib.

İstintaq gedişi zamanı onun qətl törədiyi üçün axtarışda olduğu bəlli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR