Məleykə Əsədova 200 min manat təzminat tələbi ilə Ramiz Məliki məhkəməyə verib

Məleykə Əsədova 200 min manat təzminat tələbi ilə Ramiz Məliki məhkəməyə verib
# 20 noyabr 2017 08:25 (UTC +04:00)

Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

APA-nın məlumatına görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR