Bu il fərdi uçota malik əcnəbilərin sayı 5 min nəfərdən çox artıb

Bu il fərdi uçota malik əcnəbilərin sayı 5 min nəfərdən çox artıb
# 12 oktyabr 2016 09:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı cari ilin sentyabr ayında 274 nəfər, yanvar-sentyabr aylarında isə 5 248 nəfər artıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 01 oktyabr tarixinə fərdi uçot sisteminin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 110 nəfər təşkil edib ki, onlardan 88,3%-i kişilər, digərləri qadınlardır.

Hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Türkiyə (15 387 nəfər), Gürcüstan (3 222 nəfər) və Rusiya (1 901 nəfər) vətəndaşları tutur. Sistemdə həmçinin Özbəkistan (1756 nəfər), Hindistan (1409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər), Pakistan (695 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213) və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər.

Əcnəbilərin məcburi dövlət sosial sığorta haqqına cəlb olunaraq fərdi şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradılması həmin insanların gələcəkdə pensiya və digər sosial təminat hüquqlarına malik olmalarına əsas formalaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR