Sabirabadda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Sabirabadda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
# 11 yanvar 2018 07:46 (UTC +04:00)

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Sabirabad şəhərinin H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi “Hyundai” markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR