Türkiyə parlamenti hərbçilərin Liviyaya göndərilməsinə razılıq verib

Türkiyə parlamenti hərbçilərin Liviyaya göndərilməsinə razılıq verib
# 02 yanvar 2020 18:48 (UTC +04:00)

Yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib.

APA-nın ntv.com.tr-yə istinadən verdiyi xəbərə görə, TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib.

Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib. Ümumilikdə 509 deputat səsvermədə iştirak edib.

Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması", eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.

Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR