Azərbaycan prezidenti Fransa dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Fransa dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 08 fevral 2017 11:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Fransa baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev Jean-Vincent Plasenin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə edib.

Jean-Vincent Plase isə Azərbaycan hökumətinin üzvləri və eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışıb. Bakıda Fransız litseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirib.

Görüşdə “Asan xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışılıb, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulanıb, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 11.51

Azərbaycan prezidenti İlham Əliyev Fransa baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincen Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR