Pakistanda "İDEAS-2014" hərbi sərgisi başlayıb

Pakistanda "İDEAS-2014" hərbi sərgisi başlayıb
# 01 dekabr 2014 08:35 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Pakistanın Kəraçi şəhərində "İDEAS-2014" beynəlxalq müdafiə sərgisi və seminarı işə başlayıb. APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, 256 xarici və 77 Pakistan firmasının (cəmi 333 şirkət) qatıldığı sərgidə müxtəlif müdafiə təyinatlı məhsullar, silahlar, hərbi texnika, raket və hava hücumundan müdafiə sistemləri, hərbi nəqliyyat və dəniz vasitələri sərgilənir. Pakistanın rəqibi Hindistanla sıx hərbi-texniki əlaqələrə malik Rusiya da ilk dəfə olaraq "İDEAS-2014" sərgisinə qatılıb.

Sərgiyə ziyarətçi qismində 88 ölkədən hərbi nümayəndə heyətləri qatılıb. Azərbaycanı hərbi qurumların nümayəndələri təmsil edirlər.

Sərgidə Pakistan müdafiə sənayesinin son illərdə nailiyyətləri olan «Əl-Xalid» tankı, JF-17 «Thunder» döyüş təyyarəsi, «Şahpar» adlı taktik pilotsuz uçuş aparatı, müxtəlif PUA-lar əyani şəkildə ziyarətçilərə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR