“SABAHın Könüllüsü” təqdim olunub

“SABAHın Könüllüsü” təqdim olunub
# 10 aprel 2015 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetində SABAH qrupları üzrə “”SABAHın könüllüsü” proqramının təqdimatı keçirilib. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri BDU üzrə SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb. O, tələbələrə “SABAHın Könüllüsü” proqramı və onun yaradılması haqqında qısa məlumat verib. Daha sonra “SABAHın Könüllüsü” komandasının BDU üzrə supervayzerləri özlərini SABAH qrupları tələbələrinə təqdim edib və proqram çərçivəsində görüləcək işlər barədə məlumat veriblər.

Sonda əvvəlcədən elan olunmuş “”SABAHın İdeyası” müsabiqəsinin qalibi elan edilib. Qalib kimya fakültəsinin II kurs tələbəsi Naibə Elestun qızı Cəbiyeva olub. Tədbirin sonunda tələbələrin hazırladığı “SABAHın fəaliyyəti” video çarxı nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR