Londonda terror fəaliyyətində şübhəli sayılan 2 qadın saxlanılıb

Londonda terror fəaliyyətində şübhəli sayılan 2 qadın saxlanılıb
# 16 yanvar 2014 19:37 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın paytaxtı Londonda terror fəaliyyətində şübhəli sayılan 2 qadın saxlanılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Britaniya təhlükəsizlik orqanları saxlanılan qadınların şəxsiyyətini açıqlamayıb, lakin onların 26 və 27 yaşında olduqları bildirilib.

Məlumata görə, qadınlardan biri İstanbul reysi ilə ölkəni tərk etməyə çalışarkən Xitrou hava limanında saxlanılıb. Onun üzərində böyük məbləğdə pul vəsaitlərinin aşkarlandığı bildirilir. İkinci qadın isə Londonun şimal-qərbində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR