Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanılıb - YENİLƏNİB

Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 06 dekabr 2013 18:29 (UTC +04:00)

Bakı. Teymur Zahidoğlu-APA. Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanılıb. APA-nın verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Avşar kənd sakini Cavid Tağıyevin və qonşusu Nizami Xanəliyevin evinə avtomat silahdan atəş açan Mirzəli Şirinov və Roman Atlıxanovu tutub.

Xatırladaq ki, saxlanılan şəxslər C.Tağıyevin həyat yoldaşının qohumlarıdır. Onlar həyat yoldaşı ilə boşanan C.Tağıyevlə mübahisə edib.

*** 13.38

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Avşar kənd sakini Cavid Tağıyevin həyat yoldaşı Aytəkini boşaması ilə əlaqədar dekabrın 6-da saat 02 radələrində onun evinə gəlib və bu zaman onun həyat yoldaşının qohumları Mirzəli Şirinov və Roman Atlıxanovla aralarında münaqişə baş verib.

M.Şirinov və R.Atlıxanov gedərkən C.Tağıyevin və onun qonşusu Nizami Xanəliyevin evlərinə avtomat silahdan atəş açıblar.

Nəticədə ölən və xəsarət alan olmayıb, hər iki evin pəncərə şüşələri sınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR