Azərbaycanda 17 yaşlı oğlan ad günündə iki nəfəri bıçaqlayıb

 Azərbaycanda 17 yaşlı oğlan ad günündə iki nəfəri bıçaqlayıb
# 03 yanvar 2014 12:07 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Yanvarın 2-də rayon ərazisində rayon sakini, 1996-cı il təvəllüdlü Rza Fətullayev münaqişə zəminində Avşar kənd sakinləri Cəsarət Əkbərova və Pərviz Əlizadəyə bıçaqla xəsarət yetirib.

Polisdən, həmçinin bildirilib ki, hadisəyə səbəb bir qrup içkili şəxsin R. Fətullayevi təhqir etməsi olub.

Qeyd edək ki, hadisə baş verən gün R. Fətullayevin ad günü imiş.

R. Fətullayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR