Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
# 20 sentyabr 2013 06:54 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR