Ukrayna Azərbaycanlı Gənclərin İttifaqının Odessa vilayəti ofisinin açılışı olub - FOTOSESSİYA

Ukrayna Azərbaycanlı Gənclərin İttifaqının Odessa vilayəti ofisinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2013 11:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ukraynanın Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclərin İttifaqının (UAGİ) Odessa vilayəti ofisinin açılışı olub. UAGİ-dən APA-ya verilən məlumata görə, açılış mərasimdə ARDNŞ-in Ukraynada təmsilçiliyin rəhbərləri, UAGİ rəhbərliyi və fəalları, Ukrayna gəncləri təşkilatların nümayəndələri iştirak edib.

UAGİ-nin Odessa vilayəti üzrə rəhbəri Samirə Əliyeva ofisin açılmasında dəstək verənlərə təşəkkürlərini bildirib. UAGİ-nin rəhbəri Anar Tahirov isə Odessada ofisin açılmasını vacibliyindən danışıb. Onun sözlərinə görə, bu hadisə təşkilatın işinə yeni stimul verəcək. A.Tahirov qeyd edib ki, təşkilatın əsas məqsədi Azərbaycan xalqının qədim ənənələrin və zəngin mədəni irsin qorunması və təbliğ edilməsi, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiya edilməsinə nail olmasıdır.

Daha sonra çıxış edənlər Odessada UAGİ-nin ofisin açılmasını regional təşkilatın fəaliyyətinin və bu istiqamətdə iki il ərzində aparılan işin məntiqi nəticəsi kimi xarakterizə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR