Şəkidə muzeyin sosial rolunun gücləndirilməsi ilə bağlı regional təlim və “Şəki səhifəsi”nin təqdimatı keçirilib

Şəkidə muzeyin sosial rolunun gücləndirilməsi ilə bağlı regional təlim və “Şəki səhifəsi”nin təqdimatı keçirilib
# 31 oktyabr 2013 11:27 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəki şəhərində UNESCO və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi çərçivəsində MDB üzv dövlətlərinin muzey mütəxəssisləri üçün “Muzey idarəçiliyi – XXI əsr: UNESCO/İKOM-un regional tematik təlimləri və MDB ölkələri ekspertlərinin muzey idarəçiliyinin inkişafı potensialı sahəsində görüşləri”nin davamı olaraq “Muzey Xidməti Ziyarətçilərə Keyfiyyətli Qulluğun Əsası və Muzeyin Sosial Rolunun Gücləndirilməsinin Faktoru kimi” mövzusunda regional təlim və “Şəki səhifəsi”nin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının UNESCO ilə işlər üzrə Milli Komissiyası, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məşqçi və ekspert kimi muzey idarəçiliyi mütəxəssisləri, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ukraynadan profil muzeylərin nümayəndələri iştirak ediblər. Açılış mərasimində qonaqları salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə mötəbər bir tədbirin qədim Şəkidə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, dünya mədəniyyət tarixinə bir sıra tarix-memarlıq abidələri ilə düşən Şəki həm də UNESCO-nun Mədəni İrs Siyahısına düşməkdə iddialıdır və hazırda bu istiqamətdə müvafiq təşkilatlar tərəfindən iş aparılır.

Təlim və təqdimatda qeyd olunub ki, tədbirin keçirilməsinin başlıca məqsədi yerli tarixi-etnoqrafik muzeylərin sosial rolunun gücləndirilməsinə, xüsusilə onların maarifçi resurslarının inkişafına və mədəni turizmin irəliləməsindəki roluna istiqamətlənib. Təlim çərçivəsində kiçik regional muzeylərin rolu nəzərdən keçirilib həm də muzeylərin sərgi kimi fəaliyyətlərini, o cümlədən muzeylərin işində yerli ictimaiyyətin rolunu və muzey personalının işinin yaxşılaşdırılması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR