ABŞ Suriya sahillərindəki döyüş gəmilərini geri çəkir

ABŞ Suriya sahillərindəki döyüş gəmilərini geri çəkir
# 25 oktyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ABŞ Suriya sahillərindəki hərbi-dəniz qruplaşmasını geri çəkir.

APA-nın “mignes.com” saytına istinadən verdiyi məlumata görə, Pentaqon yaxın həftələr ərzində bir neçə aviadaşıyıcının Suriya sahillərini tərk etməsi barədə qərar verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, admiral Conatan Qrinert “Nimits” aviadaşıyıcısı və onu müşahidə edən “Uilyam Lourens” və “Stokdeyl” raket daşıyıcılarının Suriya hakimiyyəti üçün real təhlükə olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR