Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclasının yekun protokolu imzalanıb

Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclasının yekun protokolu imzalanıb
# 26 noyabr 2013 11:16 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında komissiyanın həmsədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, protokolda müzakirələr zamanı əldə edilən nəticələr əksini tapıb: «Müəyyən razılaşmalar və hər bir tərəfi razı salan müddəalar əks etdirilib. Azərbaycan Fransanın maliyyə institutlarının iri layihələrin maliyyələşdirilməsində rolunu yüksək qiymətləndirir. Bu əməkdaşlıq iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edəcək».

Nazir bildirib ki, Azərbaycan Fransa ilə kosmik sahədə sıx əməkdaşlıq edir: «Bildiyiniz kimi, Azərbaycanın ilk kosmik peykini Fransanın «Ariane Space» şirkəti orbitə çıxarıb. Bu əməkdaşlıq davam etdirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci peykin orbitə buraxılması ilə bağlı Fransa tərəfi ilə danışıqları davam etdirir. Yaxın gələcəkdə bu danışıqlar konkret müqavilə ilə yekunlaşacaq».

S.Şərifov qeyd edib ki, «Azərbaycan Hava Yolları» QSC Fransanın hava nəqliyyatının təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkətləri ilə də geniş əməkdaşlıq edir: «Bu əməkdaşlıq təkcə hava gəmilərinin alınması ilə məhdudlaşmır. Eyni zamanda, hava təhlükəsizliyi, hava nəqliyyatının idarə edilməsi sahəsində də əməkdaşlıq əlaqələri qurulub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR