Azərbaycanın xarici işlər naziri Vışeqrad Qrupu və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Vışeqrad Qrupu və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin iclasında iştirak edəcək
# 16 may 2013 15:02 (UTC +04:00)

Bakı – APA. Mayın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Polşanın Krakov şəhərində keçiriləcək Vışeqrad Qrupu və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində E. Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR