Azərbaycan yığmasının bütün rəqibləri dəqiqləşib

Azərbaycan yığmasının bütün rəqibləri dəqiqləşib
# 06 noyabr 2013 11:23 (UTC +04:00)

Bakı - APA. 19 yaşadək futbolçularda ibarət Azərbaycan milli komandasının Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən ənənəvi yarışın bütün iştirakçılarının tam siyahısı açıqlanıb.

Arif Əsədovun yetirmələri də burada yer alıb. Millimizlə yanaşı Belarus, Yunanıstan, İran, Latviya, Moldova, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya yığmaları da yarışa qatılacaq. Meydan sahiblərini isə Rusiya və Sankt-Peterburq yığması təmsil edəcək.

Qeyd edək ki, 16 komandanın mübarizə aparacağı yarış 2014-cü il yanvarın 3-dən 12-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR