Ramil Usubov: “Ötən 10 ildə 3 minə yaxın cinayətkar qrup zərərsizləşdirilib” - VİDEO

Ramil Usubov: “Ötən 10 ildə 3 minə yaxın cinayətkar qrup zərərsizləşdirilib” - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 07:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş tədbirdə deyib.

Ramil Usubov qeyd edib ki, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisə də xeyli azdır. Onun sözlərinə görə, bu dövrdə cinayətlərin orta illik açılması 90% olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulub, əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb.

Qeyd olunub ki, profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 90%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 % ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR