Penitensiar Xidmətin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Penitensiar Xidmətin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
# 15 aprel 2014 11:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fransanın Strasburq şəhərində “Həbsxana rəhbərliyi tərəfindən ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumlarla davranış” mövzusunda çoxtərəfli görüş keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətini Penitensiar xidmətin rəis müavini Nizaməddin Cəlilov və 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli İbrahimov təmsil edib.


Toplantıda ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumların vəziyyətinin monitorinqi üzrə İşgəncələr əleyhinə Avropa Komitəsinin rolu, ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumların cəzalarını çəkməsi qaydalarına münasibətdə Avropa standartları və digər mövzularda çıxışlar edilib. Görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünasının məruzəsi dinlənilib və bütün mövzular ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR