Ədliyyə naziri : “Bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb”

Ədliyyə naziri : “Bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb”
# 03 dekabr 2013 15:21 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda dövlət başçısının “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü il tarixli fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Tədbirdə çıxış edən nazir son illər QHT-lərə dövlət dəstəyinin artırılmasını, qanunvericilik və institusional tədbirləri, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunmasını, bu sahədə milli donor institutunun - QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını qeyd edib. Nazir bildirib ki, qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib, nazirlikdə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2.900-ü ötüb, təkcə bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR