Rusiyada hərbi sərgi keçirilir

Rusiyada hərbi sərgi keçirilir
# 25 sentyabr 2013 08:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın Nijni-Tagil şəhərində RAE-2013 Rusiya Hərbi Sərgisi başlayıb. APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sentyabrın 28-dək davam edəcək hərbi sərgidə dünyanın 50 ölkəsindən şirkətlər öz məhsullarını nümayiş etdirirlər.

Sərgi çərçivəsində Rusiya istehsalı olan bəzi hərbi texnika növlərinin iştirakı ilə şoular təşkil olunacaq, həmçinin praktiki atışlar keçiriləcək.

Sərgiyə ziyarətçi qismində MDB ölkələrinin müdafiə nazirliklərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrindən nümayəndə heyətləri, həmçinin Azərbaycanın Yekaterinburqdakı Konsulluğundan təmsilçilər qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR