“İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulub

“İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulub
# 05 dekabr 2013 17:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli əmrinə əsasən təşkil olunan “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulub.

Təhsil nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilib.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılıb. Növbəti mərhələdə seçilən layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilib.

Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR