Bakı sakini dəm qazından boğularaq ölüb

Bakı sakini dəm qazından boğularaq ölüb
# 14 oktyabr 2013 10:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Dəm qazı daha bir nəfərin həyatına son qoyub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 12-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini Nurəddin Həsənov evində dəm qazından zəhərlənərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR