Samur-Abşeron su kanalından 53 yaşlı kişinin meyiti çıxarılıb

Samur-Abşeron su kanalından 53 yaşlı kişinin meyiti çıxarılıb
# 30 sentyabr 2013 19:21 (UTC +04:00)

Samur-Abşeron su kanalında batmış 53 yaşlı Talıb Saqil oğlu Ömərovun axtarışları bu gün başa çatıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Ömərovun meyiti batdığı yerdən, təxminən, 70 km aralıda vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, T.Ömərov sentyabrın 27-də Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR