Bakıda “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir - FOTO

Bakıda “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans başlayıb. APA-nın xəbərinə görə, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycandan əlavə, Almaniya, İsrail, Rusiya və Gürcüstandan alim və mütəxəssislər iştirak edib.

Tədbirin açılışında çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, hər bir cəmiyyətin inkişafı ana və uşaq sağlamlığı, perinatalogiyadan başlayır. Onun sözlərinə görə, bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da ana və uşaq sağlamlığı dövlətin qarşısında duran ən önəmli məsələlərdən biridir. S.Qəhrəmanova qeyd edib ki, erkən yaşda qızların ərə getməsi, dünyaya sağlam uşaq gətirmə, abortlar, ana və uşaq sağlamlığı sahəsində olan bəzi məsələlər dövlətin mübarizə apardığı əsas problemlərdəndir: “Bu sahədə cəmiyyətin, xüsusilə qızların və oğlanların maarifləndirilməsinə ehtiyac var. Çünki bir çox hallarda ailələrdə valideynlər bu məsələlərlə bağlı öz övladları ilə lazımi söhbətlər aparıb onların məlumatlandırmırlar. Bəzi problemlər də cəmiyyətdə insanların hüquqlarını bilməməsindən yaranır. Bütün ailələrdə valideynlər öz övladlarını məlumatlandırmalı və onları düzgün qaydada hüquqlarını bildirməlidirlər”.

“Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cəmilə Qurbanova da bu sahə üzrə bəzi məsələlərin mühüm problemlər olduğunu deyib.

Tədbirin davamında yerli və əcnəbi alimlər ginekologiya və perinatologiya sahələrində mövcud olan aktual problemlərdən danışılıb, mühüm faktlar göstəriblər. Mütəxəssislər bu problemlərin həlli yollarını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR