Avropa Azərbaycan Məktəbinin şagirdi fənn olimpiadasında I yeri tutub - FOTO

Avropa Azərbaycan Məktəbinin şagirdi fənn olimpiadasında I yeri tutub - <span style="color: red;">FOTO
# 20 may 2014 11:55 (UTC +04:00)

Bakı – APA. Avropa Azərbaycan Məktəbi bu il ilk dəfə olaraq, 2013-2014-cü dərs ilində respublika fənn Olimpiadasına qatılaraq uğura imza atıb.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, münsiflər heyətinin qərarı ilə məktəbin X sinif şagirdləri Günay Məmmədova Azərbaycan dili fənni üzrə I, Fərid Muradov isə Tarix fənni üzrə IV yerə layiq görülüb.

Mayın 17-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib və I yerin qalibi Günay Məmmədova diplom və qiymətli hədiyyə ilə təqdim olunub.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə AAC tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir.

Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR