Lənkəranda “Sərhəd” hərbi idman oyunlarının final mərhələsi keçirilib - FOTOSESSİYA

Lənkəranda “Sərhəd” hərbi idman oyunlarının final mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2014 10:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyun ayının 3-dən 11–dək Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95 illiyinə həsr olunmuş “Sərhəd” hərbi idman oyunlarının final mərhələsi keçirilib.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə qərarı əsasında təşkil olunan, üç mərhələdə keçirilən hərbi idman oyunlarında 27 sərhədyanı rayonun 176 məktəbinin 880 şagirdi iştirak edib. İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda - Ordubad rayonunun internat məktəbinin, Füzuli rayonunun Horadiz şəhər 1 saylı tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin, Lerik rayonunun Kəlvəz, Qusar rayonunun Yuxarı Zeyxur, Şəki rayonunun Şin, Zaqatala rayonunun Danaçı, Ağstafa rayonunun Sadıxlı kənd orta məktəbinin komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açma”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Oyun zamanı toplanan ümumi balların miqdarına görə Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin “Xəzər” komandası ikinci, Lerik rayonunun Kəlvəzkənd orta məktəbinin “Kəlvəz” komandası isə üçüncü yeri tutub. Tədbirdə qaliblər kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR