«Unibank»ın facebook səhifəsi «Ən sosial yönümlü səhifə» nominasiyasının qalibi olub - FOTO

«Unibank»ın facebook səhifəsi «Ən sosial yönümlü səhifə» nominasiyasının qalibi olub - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 08:56 (UTC +04:00)

Bakı - APA-Economics. «Unibank» ASC-nin facebook səhifəsi «Socialbakers» beynəlxalq xidməti tərəfindən «Ən sosial yönümlü səhifə» nominasiyasının qalibi elan olunub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, təqdim edilmiş xüsusi sertifikatda qeyd olunur ki, «Unibank» sosial şəbəkədə müştəri xidmətlərini yüksək səviyyədə qurduğuna görə bu mükafata layiq görülüb.

Beynəlxalq xidmətin monitorinqi göstərir ki, «Unibank»ın facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimal 100% reytinqdən 97%-ni alıb.

«Socialbakers» (www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Qeyd edək ki, hazırda «Unibank»ın facebook səhifəsinin (www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 180 min nəfərə yaxınlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR