Xasavyurtda xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb - YENİLƏNİB - VİDEO

Xasavyurtda xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 20:38 (UTC +04:00)

APA-nın “İnterfaks”sa istinadən verdiyi xəbərə görə, əməliyyat Xasavyurt şəhərinin Sloboda qəsəbəsində həyata keçirilib. Fərdi evi mühasirəyə alan xüsusi təyinatlılar silahlıları təslim olmağa çağırıb. İlkin məlumata əsasən, əməliyyat zamanı xüsusi təyinatlılara sərt müqavimət göstərmiş 2 kişi və 2 qadın öldürülüb. Evdə olan iki uşağın xilas olunduğu bildirilir.

Məlumata görə, öldürülən qadınlardan biri terror aktları törətməkdə şübhəli bilinərək federal axtarışda olub və əməliyyat zamanı özünü partlatmağa çalışıb.

"RİA Novosti"nin məlumatına görə, Ruzanna İbrahimova adlı bu qadın ötən ay xüsusi əməliyyat zamanı öldürülmüş Dağıstanın şimal sektorunun "əmiri" azərbaycanlı Tural Atayevin yoldaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR