Daşınmaz əmlak haqda dövlət reyestrindən məlumatların verilməsi elektronlaşdırılıb

Daşınmaz əmlak haqda dövlət reyestrindən məlumatların verilməsi elektronlaşdırılıb
# 25 iyun 2014 07:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi” elektron xidməti “Elektron hökumət” portalında istifadəyə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu xidmət daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) üçün müraciətlərin elektron qaydada qəbul edilməsi və elektron xidmət istifadəçisinə daşınmaz əmlak obyekti barədə məlumatların verilməsini əhatə edir.

Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri elektron xidməti göstərən dövlət qurumu qismində çıxış edir.

Qeyd edək ki, interaktiv növlü elektron xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR