İsmayıllıda 3-cü sinif şagirdi özünü asıb

İsmayıllıda 3-cü sinif şagirdi özünü asıb
# 18 yanvar 2014 12:02 (UTC +04:00)

İsmayıllı rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Quşəncə kəndində baş verib. Kənd sakini, 2003 təvəllüdlü Cəbiyev Vüqar Natiq oğlunun meyiti yaşadıqları həyətdəki ağacların birində asılı vəziyyətdə tapılıb. V. Cəbiyevin anası su gətirməkdən qayıdarkən bu mənzərə ilə qarşılaşıb.

Mərhum orta məktəbin 3-cü sinifində oxuyurmuş. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR