Tovuzda bıçaqlanma hadisəsi olub

Tovuzda bıçaqlanma hadisəsi olub
# 27 yanvar 2014 07:37 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yanıqlı kəndindəki kafedə qeydə alınıb. Yanıqlı kənd sakini, 40 yaşlı Elçin Ələsgərov özündən 15 yaş kiçik 25 yaşlı Əkrəm Pənahova 4 bıçaq zərbəsi endirib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR