MTRŞ ANS-ə xəbərdarlıq edib

MTRŞ ANS-ə xəbərdarlıq edib
# 14 yanvar 2014 14:43 (UTC +04:00)

MTRŞ-dən APA-ya verilən məlumata görə, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən «Adam içində» verilişində «Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR