Lənkəranın daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Lənkəranın daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 07 fevral 2014 16:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fevralın 7-də Lənkəran rayonunun Kərgəlan və Darquba kəndlərinə təbii qaz verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Kərgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əflatun Əsgərov, yerli sakinlərdən Yusif Paşayev, Reyhanə Sadıqova, Samirə Ağayeva, şəhid atası Rəhim Əliyev, müəllimə Nəzakət Baxşıyeva çıxış edərək, 22 illik fasilədən sonra əraziyə təbii qazın yenidən verilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-in və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrdən danışaraq, əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, “mavi alov”un onların mənzillərinə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıb.

Daha sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.

Qeyd edək ki, ümumilikdə 1085 abonenti olan Kərgəlan və Darquba kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 34 kilometrdən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR