Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,3% enib
# 24 sentyabr 2013 07:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 401 bəndədək, S&P 500 0,5% - 1 702 bəndədək, Nasdaq 0,3% - 3 765 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Federal Ehtiyat Sistemi tərəfindən iqtisadiyyatı stimullaşdırılma proqramının azaldıb-azalmayacağı barədə qeyri-müəyyənlik təsir edib.

Avropa fond bazarlarında sentyabrın 23-də FTSE 100 indeksi 0,6% - 6 557 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 635 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 172 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 326,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3493 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR