ABŞ Senatı Suriya ilə bağlı qətnaməni sentyabrın 11-də səsverməyə çıxara bilər

ABŞ Senatı Suriya ilə bağlı qətnaməni sentyabrın 11-də səsverməyə çıxara bilər
# 05 sentyabr 2013 23:38 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu yuxarı palatada çoxluq təşkil edən demokratların liderinin köməkçisi Harri Reyd deyib.

Agentliyin məlumatına görə, Harri Reyd Senatın Ağ Ev tərəfindən irəli sürülən qətnaməni dəstəkləməsi ehtimalına “ehtiyatlı optimizm” ifadə edib.

Qeyd edək ki, Suriyada hərbi əməliyyatın keçirilməsini nəzərdə tutan qətnamə bundan öncə Senatın xarici əlaqələr komitəsində qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR