AEBA müfəttişləri dekabrın 7-də İrana səfər edəcək

AEBA müfəttişləri dekabrın 7-də İrana səfər edəcək
# 05 dekabr 2013 13:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri dekabrın 7-də İrana səfər edəcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barə İranın Atom Enerjisi Təşkilatı açıqlama yayıb.

Xəbərdə bildirilir ki, İranın öz nüvə fəaliyyətlərinin tamamilə dinc məqsədli olduğunu göstərməsi və yaxşı niyyət əlaməti olaraq agentliyin Ərak ağır su nüvə reaktoruna baxış keçirilməsi istiqqamətindəki tələbi müsbət qarşılanıb: “Bu baxımdan AEA müfəttişləri dekabrın 7-də Tehrana gələcəklər. Onlar İran Atom Enerjisi Təşkilatının rəsmiləri ilə görüşdükdən sonra dekabrın 8-də Ərak ağır su nüvə reaktorunda araşdırma aparacaqlar. Agentlik müfəttişləri bu səfər zamanı həmin nüvə obyektinə üçüncü dəfə baxış keçirəcəklər”.

Qeyd edək ki, noyabrın 11-də İranla beynəlxalq agentlik arasında əməkdaşlığa dair razılaşma əldə olunub və həmin sənədə əsasən rəsmi Tehran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna baxış keçirməyə icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR