SAM dünyanın 150 ən güclü beyin mərkəzi arasında 123-cü olub

SAM dünyanın 150 ən güclü beyin mərkəzi arasında 123-cü olub
# 24 yanvar 2014 08:00 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı" 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) əsas reytinq sayılan "Dünya üzrə top-150 beyin mərkəzi" sıralamasında regional liderliyini qoruyaraq 123-cü yerdə qərarlaşıb. Ötən il SAM bu reytinqdə 124-cü olub.

Hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci ən yaxşı beyin mərkəzi seçilib. Ən yaxşı təbliğat aparan beyin mərkəzlərinin reytinqində SAM 52-ci olub.

SAM dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib. Ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında isə SAM dünyada 49-cu yerdədir.

Hesabatda Azərbaycanda 17 beyin mərkəzinin olduğu qeyd edilib ki, bu da ölkəmizin MDB məkanında Rusiya və Ukrayna ilə birlikdə ilk üçlükdə qərarlaşdığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR