Gəncədə şərab festivalı keçirilib - FOTOSESSİYA - VİDEO

Gəncədə şərab festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2013 19:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 40 yaxın ölkənin nümayəndələrinin iştirakı ilə II beynəlxalq şərab festivalı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün festival şəhər gəzintisi ilə başlayıb. Müxtəlif ölkələrdən olan qonaqlar ilk olaraq Nizami məqbərəsini ziyarət ediblər. Burada onlara dahi şairin yaradıcılığı barədə məlumat verilib, sonra isə qonaqlar Nizami Gəncəvi muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Bayraq meydanına və Xəmsə bağına gəliblər. Həmçinin Xan Bağı və başqa bir sıra turizm əhəmiyyətli yerlərdə də gəzinti təşkil edilib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti binasında qonaqlarla görüş keçirilib. Tədbirdə Fransadan olan nümayəndələr, Özbəkistan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirak edib. Tədbirdə Fransa-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib. Tədbirdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi məqsədi ilə iki ölkədən olan iş adamları arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən Göygölün Mixaylovka kəndində fransız üzüm sortlarından ibarət yeni üzümlük salınacaq. Tədbirdə həmçinin Gəncədə Fransız çörəyinin bişirilməsi məsələsi də müzakirə edilib. Bildirilib ki, yaxın vaxtlarda Fransadan olan mütəxəssislər Gəncəyə səfər edərək burada çörək istehsal edən müəssisənin tikintisi üçün ətraflı müzakirələr aparacaqlar. Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib.

Günün ikinci yarısında isə festival şəhərin Cavad xan küçəsində davam edib. Burada respublikada şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib. Həmçinin küçə boyu müxtəlif kollektivlərin iştirakı ilə musiqi və kulinariya şouları göstərilib, qonaqlara aktyorların iştirakı ilə maraqlı kompozisiyalar təqdim edilib. Gəncənin rəssamları və tətbiqi sənət ustalarının əl işləri də sərgilənib.

III Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı da Gəncəyə gələrək II şərab festivalında iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR