Pakistanda baş vermiş təkrar zəlzələ azı 22 nəfərin həyatına son qoyub

Pakistanda baş vermiş təkrar zəlzələ azı 22 nəfərin həyatına son qoyub
# 28 sentyabr 2013 18:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Pakistanda təkrar baş vermiş zəlzələ nəticəsində azı 22 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl zəlzələ nəticəsində 12 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.

Qeyd edək ki, 6,8 bal gücündə zəlzələ bu gün 12.34-də qeydə alınıb. Zəlzələnin episentri Avaran şəhərindən 96 km şimal-şərqdə olub.

Qeyd edək ki, sentyabrın 24-də Pakistanın Bəlucistan əyalətində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində 515 nəfər ölüb. Zəlzələ nəticəsində 20 mindən çox ev uçub, yüzlərlə insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR