Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb

Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
# 17 mart 2014 13:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2013/2014-cü tədris ilində ilk-peşə ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə əsasən, imtahan nəticələri komissiyanın internet saytında dərc edilib.

Qeyd edək ki, respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları martın 16-da keçirilib. İmtahanlar respublikanın 23 şəhər və rayonunda təşkil olunub. İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda - saat 12:00-da başlayıb və iki saat davam edib.

Qeyd edək ki, buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR