Azərbaycanın tibb kolleclərində imtahanların keçirilmə formasında dəyişiklik edilib

Azərbaycanın tibb kolleclərində imtahanların keçirilmə formasında dəyişiklik edilib
# 24 aprel 2014 14:48 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi direktoru Cəbrayıl Əsədzadə APA-ya açıqlamasında deyib ki, yaxın gələcəkdə tibb kolleclərində keçirilən imtahanların elektronlaşdırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, hazırda tibbi təhsil müəssisələrində elektron proqram təminatı quraşdırılır. Bunun nəticəsində tibb kolleclərində imtahanlar kompyuter vasitəsilə aparılacaq: “İndiyədək imtahanlar yazılı formada aparılırdı. Bundan sonra isə tibb kolleclərində təhsil alanlar kompyuterlə imtahan verəcəklər. Bu sistemə cari ildə Bakı üzrə başlanacaq. Öncə sistemin bu il Bakı üzrə 2 saylı Tibb Kollecində tətbiq edilməsi nəzərdə tutulur. Sistem tam işə düşəndən sonra digər kolleclərdə də bu sistemi tətbiq etmək imkanı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR