Azərbaycan cüdoçuları Abu Dabi "Qran-Pri"sinin birinci günündə iki medal qazanıb

Azərbaycan cüdoçuları Abu Dabi "Qran-Pri"sinin birinci günündə iki medal qazanıb
# 22 noyabr 2013 22:55 (UTC +04:00)

Bakı-APA. 22-23 noyabr tarixlərində BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən «Qran-Pri» turnirinin ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası bir gümüş və bir bürünc medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından APA-ya verilən məlumata görə, 66 kq-dək çəki dərəcəsində təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevə uduzub.

60 kq-dək çəki dərəcəsində isə Səfərov Orxan tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gəlib və bütünc medala sahib çıxıb.

Qeyd edək ki, Abu-Dabi “Qran-Pri”sində 35 ölkədən 236 cüdoçu güvvəsini sınayır. Millimiz hazırda komanda hesabında 7-ci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR